Texas universitetinin bioloqlarının laboratoriyada yetişdirdikləri süni ağciyərlər 4 donuz balasına köçürüldü. Donuzların hər birinə 1 ağciyər payı köçürülüb.
Medicina.az xəbər verir ki, bu tibb tarixində ilkdir. Təcrübə zamanı 2014-cü ildən Nikols Seymonun rəhbərliyi ilə laboratoriyada yetişdirilən insan ağciyərinin biri donuza köçürümüşdü. Həmin vaxtdan laboratoriyada daha 3 donuz ağciyəri yetişdirilərək köçürülüb. Donuzlar bir öz, digəri köçürülmüş ağciyərlə nəfəs alırlar.
Ağciyərlər insan orqanları içində ən böyüyü, mürəkkəbi və bir neçə yüz müxtəlif hüceyrələrdən təşkil olunmuş orqanlardır. Ona görə laboratoriyada süni olaraq ağciyirə yetişdirmək olduqca çətin məsələ idi.
Nikolsun qrupu donor ağciyər hüceyrələrini stimulyasiya edərək çoxalmasını təmin etmiş, nano hissəciklər və hidrogel zərrələrlə ağciyərin strukturunu dəqiqliklə ala bilmişdilər.
Bir donuz ağciyərinin hazırlanması 30-35 gün çəkir.
Ağciyər köçürülmüş donuzlar 4 dəfə müəyyən müddətə yatızdırılaraq, yarılmış və ağciyərlərin necə fəaliyyət göstərməsinə baxılmışdır. Əməliyyatdan sonrakı dövrdə yeni orqanlar immun sistem tərəfindən qəbul olunmuş, qan dövranı bərpa edilmiş, heç bir iltihab prosesi olmamışdır. Hətta ağciyərlər inkişafına və böyüməsinə davam etmiş, süni ağciyərlərdə təbiidə olduğu kimi orijinal bakteriyalar yerləşmişdir.
Donuzlar rahatlıqla bu ağciyərlərlə nəfəs alıb-verə bilirlər. Lakin alimlər istisna etmir ki, bu ağciyərin işləməsinə digər təbii öz ağciyəri dəstək olur. Hələ ki, iki süni ağciyərin köçürülməsinə heyvanlarln necə reaksiya verməsi naməlumdur. Belə güman olunur ki, hər iki ağciyər süni olarsa, bu yetərli olmaz və heyvan ölər.