Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süni tənəffüz aparatına qoşulan xəstələrin sayı açıqlandı

  • 2020.07.03 18:09
  • 4235 Baxış
Süni tənəffüz aparatına qoşulan xəstələrin sayı açıqlandı

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrindən 59 nəfər süni tənəffüz cihazına qoşulu vəziyyətdədir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, 267 nəfər reanimasiya şöbəsində müalicə alır. "Azərbaycanda ölüm halları 2 faizdən aşağıdır. Karantin rejimi tətbiq etməsəydik, say 3-5 qat artıq olardı".

R.Bayramlı bildirib ki, rayonlarda xəstəxanaların doluluq faizi 25-30% olduğu halda, paytaxtda bu 80-90% təşkil edir.