Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 18-nə olan statistik göstəriciləri açıqlayıb.
Medicina.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 361 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 843 269 test aparılıb. İndiyədək 509 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 201 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 764 nəfərdir. Hazırda 195 nəfər reanimasiyada müalicə alır. 27 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 131 yoluxma, 159 sağalma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib.