Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 14-nə olan statistik göstəriciləri açıqlayıb.
Medicina.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 969 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 820 002 test aparılıb. İndiyədək 504 nəfər COVID-19-dan dünyasını dəyişib, 31 490 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 024 nəfərdir. Hazırda 197 nəfər reanimasiyada müalicə alır. 37 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Bu gün Azərbaycanda 103 yoluxma, 221 sağalma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib.