Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süni mayalanma zamanı embrionlar səhv salındı - Başqasının uşağını doğdu

  • 2021.07.29 19:23
  • 4193 Baxış
Süni mayalanma zamanı embrionlar səhv salındı    -  Başqasının uşağını doğdu


Rusiyanın Çelyabinsk şəhərində süni mayalanma zamanı səhv baş verib.
2018-ci ildə Olqa və İvan Alyoxinlər Perinatal mərkəzə süni mayalanma üçün müraciət edib.

Embrion hazır olanda, o, Olqaya köçürülür. Uşaq doğulanda isə ana şoka düşür. Ata-ana qəhvəyi gözlü olsa da, uşaq boz gözlü idi. Üstəlik uşağın qan qrupu da ayrı idi.

Medicina.az xəbər verir ki, uşağın öz doğma övladı olmadığından şübhələnən cütlük DNT analizi tələb edir. Analizin nəticələri göstərir ki, həqiqətən onlar uşağın bioloji valideyni deyil. Deməli, Olqa bu vaxta kimi başqasının uşağını bətnində daşıyıb dünyaya gətirib, bəs onun öz biomaterialından olan embrion kimə istifadə edilib?

İndi Olqa öz doğma övladının axtarışındadır. O, dünyaya gətirdiyi oğlan uşağı Denisi artıq qəbul edib, onu övladı kimi böyüdür, uşaq da onları valideyni bilir.

Olqa hazırda Perinatal mərkəzi məhkəməyə verərək, təzminat qazanıb. Lakin Olqa bununla da kifayətlənməyərək, öz doğma övladlarının kimin evində, ailəsində dünyaya gəldiyini və necə yaşadığını bilmək istəyirlər.

“Mən əminəm ki, bizim kimi onlar da uşağın yad olduğunu anlayıblar və susurlar. Perinatal mərkəz bizə dedi ki, sizin deyil, istəmirsiz, uşağı uşaq evinə qaytarın, imtina edin. Əgər o ailə uşaqdan imtina edib onu atıbsa. Biz onu tapmalıyıq. Əgər uşaq normal ailədədirsə, biz ona heç nə etməyəcəyik. Əgər uşaq evinə verilibsə, onu da saxlayarıq”.