Sonsuzluqdan əziyyət çəkən insanların süni mayalanma əməliyyatının təxirə salınmadan icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsi təklif olunur.
"Medicina" xəbər verir ki, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Hesabatda qeyd edilib ki, bu sahədə mövcud normativ-hüquqi baza yeniləndikdan sonra süni mayalanma xidmətinin icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində təminata alınması məsələsina baxıla bilər.
Amma əldə olunan məlumata görə, bu proses 2024-də gözlənilmir.
Aygün Musayeva