Çirkli havaya məruz qalmaq süni mayalanma müalicəsinin müvəffəqiyyət ehtimalını təxminən 40 faiz azalda bilər.
Medicina.az xəbər verir ki, tədqiqatçılar Avstraliyanın Pert şəhərində hava çirkliliyinin 8 il ərzində təxminən 3600 dondurulmuş embrionun köçürülməsinə təsirini təhlil ediblər. Nəticədə uğurlu doğum ehtimalının 38 faiz azaldığı müəyyən edilib.
Tədqiqatçılar müəyyən ediblər ki, tədqiqat dövründə havanın keyfiyyəti ümumilikdə “əla” olsa da, havanın çirklənməsinin mənfi təsiri müşahidə olunub.
“Dünyanın müstəsna hava keyfiyyətinə malik bir hissəsində - beynəlxalq səviyyədə qəbul edilmiş çirklənmə hədlərinin cəmi bir neçə gün ərzində aşıldığı bir yerdə belə bu dəyişmir. Havanın çirklənməsinin miqdarı ilə dondurulmuş embrion köçürmələri sayəsində baş tutan doğumların uğur nisbətləri arasında güclü mənfi korrelyasiya var”, -tədqiqatın aparıcı müəllifi Sebastian Ledersiç bildirib.
Araşdırmanın nəticələri “Human Reproduction” akademik jurnalında dərc olunub.
Tədqiqat iqlim dəyişikliyi və hava çirkliliyinin artıq insan sağlamlığı üçün ən böyük təhlükə olduğunu bir daha gündəmə gətirib.
Aysel