Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süni mayalanma ilə dünyaya uşaq gətirmək istəyənləri dəhşətə salan ARAŞDIRMA

  • 2024.05.23 23:25
  • 1161 Baxış
Süni mayalanma ilə dünyaya uşaq gətirmək istəyənləri dəhşətə salan  ARAŞDIRMA
Tədqiqat göstərir ki, süni mayalanma yolu ilə doğulan körpələrdə leykemiya riski daha yüksəkdir.

Medicina.az xəbər verir ki, bunu fransız alimləri aşkar ediblər.

Bildirilib ki, dondurulmuş embrionlardan istifadə etməklə dünyaya gətirilən uşaqların təbii yolla doğulanlara nisbətən qan xərçənginə tutulma riski 61 faiz çoxdur.

Təzə embrionlardan istifadə edərək IVF vasitəsilə dünyaya gələn körpələrdə bu risk 41 faizdir.

Ancaq müstəqil ekspertlər bunda texnologiyanın günahkar olmaya biləcəyini söyləyirlər. Onlar yaşlı, daha az sağlam cütlüklərin süni mayalanmadan istifadə etmək ehtimalının yüksək olduğuna diqqət çəkirlər. Onların fikrincə, süni mayalanma ilə dünyaya gələn uşaqlarda xəstəlik riskinin yüksək olması da məhz valideynlərin sağlamlıq vəziyyəti ilə izah edilə bilər.

8,2 milyondan çox uşağın tibbi vəziyyətlərini təhlil edən fransız tədqiqatçılar tapıntılarının ehtiyatla şərh edilməli olduğunu bildiriblər. Yardım təşkilatları da valideynlərə panikaya düşməmələri barədə xəbərdarlıq ediblər.

Tədqiqatda iştirak edən bütün uşaqlar 2010-2021-ci illər arasında doğulanlardır. Onlardan 2 729-na orta hesabla altı illik müşahidə müddətində leykemiya diaqnozu qoyulub. Dondurulmuş embrionlardan istifadə edilərək dünyaya gətirilən körpələr ən yüksək riskə sahib olub (ildə 1 milyon uşaqdan 69-na leykemiya diaqnozu qoyulub). Təzə embrionlarla dünyaya gətirilənlər üçün risk biraz daha az olub: hər 1 milyon uşaqdan 52-si bu xəstəliyə tutulub. Təbii yolla dünyaya gətirilən körpələrin nisbəti isə 1 milyonda 48 olaraq qeydə alınıb.

Araşdırmanın nəticələri “Jama Network Open” jurnalında dərc edilib.

Qeyd edək ki, "Blood Cancer UK"də tədqiqat direktorunun müavini Dr. Riçard Fransis bildirib ki, bu tədqiqatın nəticələrinə ehtiyatla yanaşmaq lazımdır:

“Bu araşdırma süni mayalanma yolu ilə hamiləlik və qan xərçəngi riski arasında birbaşa əlaqəni sübut etmir. Övladına hər hansı bir qan xərçəngi diaqnozu qoyulmuş hər kəsə mesajım budur: bu, sizin günahınız deyil".


Aysel