Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süni mayalanma ilə doğulan uşaqlar daha ağıllı olur

  • 2022.06.30 19:54
  • 1921 Baxış
Süni mayalanma ilə doğulan   uşaqlar daha  ağıllı olur



Finlandiyanın Helsinki Universitetinin mütəxəssislərinin araşdırmalarına görə, süni mayalanma yolu ilə doğulan körpələr daha ağıllı olurlar, lakin təbii yolla doğulmuş körpələrə nisbətən onlar psixi sağlamlıq problemlərinə daha çox meyllidirlər.



Medicina.az xəbər verir ki, alimlər 1995-2000-ci illər arasında Finlandiyada doğulmuş 280 000-ə yaxın gənci 18 yaşlarına qədər izləyiblər.

Nəticələrə görə, süni mayalanma yolu ilə doğulan körpələrin təhsilində daha yaxşı göstəricilər əldə edilib. Bununla yanaşı, onların psixi sağlamlıq problemləri, xüsusən də narahatlıq və ya depressiya diaqnozu qoyulma riskləri yüksək olub.