Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süni mal əti yeyəcəyimiz gün yaxındadır – Laboratoriya əti necə istehsal olunacaq?

  • 2019.03.16 21:35
  • 10171 Baxış
Süni mal əti yeyəcəyimiz gün yaxındadır –  Laboratoriya əti necə istehsal olunacaq?
Süni ət barədə söhbətlər uzun müddətdir gəzir. Əvvəllər buna fantastika, cəfəngiyyat kimi baxsalar da, artıq süni ət istehsalına başlanılıb və yaxın illərdə satışına başlanılacaq.


Bəs süni ət ideyası niyə yaranıb, kimə lazımdır.  Yer üzünün sakinlərinin canlı mal-qara olduğu halda, süni ətə ehtiyacı varmı? Süni ət təbii ət kimi faydalıdırmı?


Medicina.az xəbər verir ki, ilk dəfə laboratoriyada süni ət yetişdirilməsi patentini Nİderland alimləri əldə edib.


Belə bir ideya bir neçə səbəbdən yaranıb.

-Hazırda kənd təsərrüfatında iri buynuzlu mal-qaranın  saxlanması atmosfer və ətraf mühiti çirkləndirir, məhsuldarlığı artırmaq təbitə ziyandır.

-Bir kq təmiz ətin alınması üçün 3 min litr su tələb olunur. Mal-qaranın yem və su təminatında maksimum qənaət 

etmək mümkün deyil. Nəticədə ət çox baha başa gəlir. 


-Digər tərəfdən əksər ferma və fabriklərdə heyvanların qeyri-etik şəraitdə saxlanması, onların qorxu altında olması, ət kəsim şərtlərinin uyğun olmaması mal ətində stresdən olan mənfi dəyişiklikləri artırır və bu heyvanları əti insan orqanizmi üçün faydalı olmur. Çox insanlar da bu məqamlardan çəkinərək, iyrənərək ətdən imtina edir.


Laboratoriya əti dadlıdırmı?


Bu əti hazırlamaq üçün mütəxəssislər heyvandan əzələ hüceyrəsi götürür və onu laboratoriyada xüsusi metod və maddələrlə böyüdür.  Beləliklə az miqdar hüceyrədən daha çox ət alınır.


Fərqi.


Əslində bu ətdə canlı heyvan ətindən daha az kimyəvi maddə olacaq. Çünki  mal-qaranı indi dərmansız yetişdirə bilmirlər. Süni ətdə antibiotic, hormonlar istifadə etməyə gərək yoxdur. 


Bu ət tamamilə sağlandır, onda qara yara, salmonella, donuz qripi kimi qorxulu viruslar yoxdur. Bir üstün tərəfi də yağlılığının az olmalıdır. Demək olar, piyi yoxdur. Ona görə insanı kökəltməyəcək. 


Bu ət daha təmiz, steril şəraitdə hazırlanır. Heyvanlar əzab çəkmir. Ətdə stress faktoru yoxdur. 

Maddi baxımdan da qənaətlidir. Bir kq ətin canlı heyvanda alınması üçün 7 kq buğda lazımdır. 


Hələ ki, süni yetişdirilmiş ət laboratoriya mərhələsindədir. Kütləvi istehsalının necə olacağı, yəni ideyanın necə reallaşması işlənməyib. Amma süni ətin satışa çıxarılacağı gün uzaqda deyil.

Kİm bilir, bəlkə də onun dadı bizim daha çox xoşumuza gələcək. 

 


Süni mal əti yeyəcəyimiz gün yaxındadır –  Laboratoriya əti necə istehsal olunacaq?