Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süni koma nədir, insan komada nə görür? - Həkimdən açıqlama - VİDEO

  • 2023.12.27 15:49
  • 3702 Baxış
Süni koma nədir, insan komada nə görür? -  Həkimdən açıqlama - VİDEO
Reanimasiya xəstələri ölüm-qalım mübarizəsində süni komada olur. Bu koma digər təbii komadan fərqlənir.


“Medicina” ya açıqlamasında tanınmış reanimatoloq həkim Emil Qasımov süni koma barədə danışıb.

“Həyati önəmli orqanların çatışmamazlığı ciddi olduqda, bu orqanlarını işini əvəzləmək, vaxt qazanmaq və onların işini bərpa etmək üçün xəstəni süni tənəffüs cihazına bağlayırıq.

Bu proses ağır və xəstə üçün çətin olduğu üçün məcburi onları komaya salmalı oluruq.

Bu zaman xəstə sedativ dərmanlarla yatızdırılır. Reanimasiyanın əsas funksiyalarından biri orqanizmə özünü toparlamaq üçün zaman qazanmaqdır.

Orqan sağalmağa başladıqda, biz sedativ dərmanları azaldırıq, tədricən kəsib xəstəni oyadırıq və müalicə davam edir.

İnsan süni komada olanda sanki zaman durmuş olur. Oyandıqda inana bilmirlər ki, 15 gündür real həyatda deyillər. Bilinc tamamilə qapalı olur”.




Aygün Musayeva