Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süni ətirləndirilmiş çaylar onkoloji xəstəlik yaradır

  • 2022.09.05 14:29
  • 1255 Baxış
Süni ətirləndirilmiş çaylar onkoloji    xəstəlik yaradır



Aromatizatorlar əlavə edilərək müxtəlif çiçək, meyvə dadı verən çaylar orqanizm üçün təhlükəlidir.


"Medicina" xəbər verir ki, həkim diyetoloq Yelena Solomatina bu çayların zərərindən danışıb.


Sintetik dadlandırıcılar ən yaxşı halda toksiki allergik təsir edir, ən pis halda isə onkoloji xəstəliklərə belə səbəb ola bilər.


"Təbii ətirli çay barədə bunu demək olmaz. Amma aromatizator maddələr orqanizmdə toplayıcı effekt yaradır.

İnsan xəstəlikdən ölmür, faktiki olaraq toksiki maddələrin bədəndə kritik həddə toplanması nəticəsində hüceyrələr mutasiyaya uğrayır.
Belə içkilər böyrək və qaraciyəri yükləyir. İnsan belə çaylardan az istifadə etməlidir. Gənc yaşlarından ətirli çaya alışmaq gələcəkdə fəsadlar verə bilər".


Aygün Musayeva