Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süni dadlandırıcı qatılmış qidalar ürək-damarları tutur

  • 2023.08.07 12:56
  • 895 Baxış
Süni dadlandırıcı qatılmış qidalar    ürək-damarları tutur
Minnesota Universiteti Tibb Fakültəsi və İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları pəhriz zamanı ürək-damar xəstəliklərinin risk faktorları arasındakı əlaqəyə dair bir araşdırma apardılar. 20 il ərzində tədqiqat qrupu süni dadvericilərdə tez-tez rast gəlinən qeyri-qidalandırıcı maddələrə xüsusi diqqət yetirərək, insan orqanizminə bunların təsirini araşdırıb.


Medicina.az xəbər verir ki, tərkibində süni dadlandırıcılar olan pəhriz içkilərinin uzunmüddətli qəbulunun qarın bölgəsində və əzələlərdə yağ ehtiyatlarının artması ilə əlaqəli olduğunu aşkar ediblər.


Tədqiqatın nəticələri Amerika Diabet Assosiasiyasının və Amerika Ürək Assosiasiyasının əlavə edilmiş şəkərlərin süni dadlandırıcılarla əvəz edilməsini təşviq edən tövsiyələri ilə bağlı narahatlıqları artırıb. Onların nəticələrinə əsasən, tədqiqatçılar alternativ variantları gözdən keçirməyi tövsiyə edirlər, çünki uzunmüddətli süni dadlandırıcılarının qəbulu sağlamlıq üçün mənfi nəticələrə gətirib çıxarır.


Xanım