Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sümük xərçənginin yeni müalicə metodu tapılıb

  • 2022.11.01 16:51
  • 2374 Baxış
Sümük xərçənginin yeni müalicə metodu tapılıb

Xlorheksid qlükonat sümük şişlərinin cərrahi müalicəsi zamanı xərçəng hüceyrələrini öldürür.

"Medicina" xəbər verir ki, Amerika alimləri tədqiqatla bu effektiv metodu sübut edib.


Sümük xərçəngi olan bəzi xəstələr intralezyonel küretaj adlanan cərrahi əməliyyatdan keçirlər. Bu prosedur zamanı, mümkün qədər çox sağlam sümük qorunur.

Əməliyyatın sonunda, təsirə məruz qalmış nahiyə, qalan xərçəng hüceyrələrini öldürmək üçün kimyəvi məhlul ilə müalicə olunur. Bu, şişin təkrarlanmasının qarşısını almaq üçün lazımdır.

Xlorheksidin geniş istifadə olunan, ucuz və bir çox tədqiqatlarda təhlükəsiz olduğu sübut edilmiş tanınmış dezinfeksiyaedicidir. Tədqiqatçılar əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu məhlul dezinfeksiyaedici kimi apteklərdə mövcuddur.

Aygün Musayeva