Azərbaycanda bir neçə ildir ki, ən ağır transplantasiyalardan biri olan sümük iliyi transplantasiyası həyata keçirilir.
Toxuma qrupu antigenləri (HLA) xəstə ilə uyğun olan hər bir sağlam şəxs donor ola bilər.
Medicina.az kimlərin bu donorluğa daha yaxın olması barədə məlumatı təqdim edir.
Bacı və ya qardaşın toxuma uyğunluğunun olma ehtimalı olduqca yüksəkdir, məhz bu səbəbdən adətən donor xəstənin bacı və ya qardaşı olur. Nadir hallarda valideynlər, övladlar və digər qohumların toxuma qrupu antigenlərinin uyğunluğunun olma ehtimalı var.
Transplantasiya olunacaq xəstə ilə donorun qan qrupunun eyni olması vacib deyil, fərqli qan qrupuna malik şəxs xəstəyə donor ola bilər. Önəmli olan donor ilə resipiyentin toxuma qrupu antigenlərinin uyğunluğudur. Transplantasiyanın nə qədər uğurlu olması toxuma uyğunlunun dərəcəsindən asılıdır. Toxuma uyğunluğu 100% olmayan xəstələtdə graft versus host xəstəliyinin baş vermə ehtimalı daha yüksək olur. Graft versus host xəstəliyi zamanı xəstənin qaraciyər, ürək, dəri və digər orqanlarında ciddi zədələnmə müşahidə olunur.
Ailə üzvləri arasında uyğun donor olmadığı hallarda könüllü donor ilik banklarına müraciət olunur və xəstəyə uyğun donor axtarışına başlanılır. Ölkə daxilində qeydiyyatdan keçmiş uyğun donor olmazsa xarici ölkələrin donor banklarına müraciət etmək mümükündür.
Qohum olmayan sümük iliyi vericisi olmaq üçün şərtlər nələrdir?
Könüllü donor namizədlərində hər hansı yoluxucu xəstəliklər, immun sistem xəstəlikləri və infeksion xəstəliklər olmamalıdır. Bu səbəbdən ilk növbədə donor kimi müraciət edən şəxslərdən qan nümünələri alınaraq müayinə olunur. Aparılan müayinələr nəticəsində hər hansı bir xəstəlik aşkarlanmazsa toxuma tipi müəyyənləşdirilərək donorun şəxsi məlumatları sümük iliyi bankında qeydiyyata alınır.
İlik bankına müraciət edən və tranplantasiya üçün uyğun donor gözləyən biri ilə toxuma uyğunluğu olarsa, donor namizədi ilə əlaqə saxlanılır və kök hüceyrənin toplanması üsulu seçilir (periferik qandan kök hüceyrələrin toplanması, sümük iliyindən kök hüceyrələrin toplanması). Daha sonra fiziki və laborator müayinələr aparılır.
SİT üçün donor namizədi olacaq şəxsin toxuma uyğunluğu necə müəyyənləşdirilir.
Donor olacaq şəxsdən 2-4 ml miqdarda qan nümunəsi alınır və Mərkəzimizin laboratoriyasında xüsusi üsulla toxuma qrupu uyğunluğunun olub olmaması 3-5 iş günü ərzində müəyyənləşdirilir.
Kök hüceyrə necə toplanır?
Sümük iliyindən kök hüceyrələrin toplanması əməliyyatxana şəraitində ümumi anesteziya altında həyata keçirilir. Sümük iliyindən toplanan kök hüceyrələr müxtəlif filtrləmə proseslərindən keçirildikdən sonra xəstəyə infuziya olunur. Donordan toplanan kök hüceyrələr ümumi kök hüceyrə miqdarının kiçik bir hissəsini təşkil etdiyi üçün verici üçün heç bir təhlükə daşımır. Transplantasiyadan sonra 3 həftə ərzində sağlam kök hüceyrələrdən qanyaranma başlayır.
Mərkəzimizin aferez otağında toplanan sümük iliyindəki eritrositlər xüsusi qapalı üsulla ayrılaraq, donora geri infuziya edilir. Bu üsulla geri infuziya edilən eritrositlər sayəsində donora əlavə eritrosit kütləsinin infuziya edilməsinə ehtiyac olmur.
Periferik qandan kök hüceyrələrin toplanması:
Kök hüceyrələri yalnız sümük iliyindən deyil, həmçinin periferik qandan da toplamaq mümkündür. İlk növbədə kök hüceyrələrin sümük iliyindən periferik qana keçməsini təmin etmək lazımdır. Bunun üçün donora 4-6 gün G-CSF tətbiq olunur. Daha sonra aferez cihazının köməyi ilə vericinin periferik qanından kök hüceyrələr toplanır.
Qeyd edək ki, bu mərkəz Bakıda Talassemiya mərkəzindədir.
Salam men donor ola bilerem gan grupum-2 yaw47
Donor olmaq
Agstafa
Agstafa