Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya 9 nəfər yerləşdirilib - TƏBİB

  • 2022.04.29 14:52
  • 1731 Baxış
Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya 9 nəfər yerləşdirilib   - TƏBİB

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla əlaqədar

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 7 nəfər ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

"Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur. Qeyd edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub",- deyə əlavə olunub.