“Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının səkkiz tibb işçisində koronavirusa görə edilən testlər müsbət çıxıb”.
Medicina.az xəbər verir ki, xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.
“Xəstəxananın reanimasiya şöbəsinin müdiri Sərvan Hacıyev Bakıda xəstəxanada müalicə alır. Hərdən xəbər yayırlar ki, süni tənəffüs aparatına qoşulub, amma bu, düzgün məlumat deyil. Vəziyyəti stabildir”.
Həkim qeyd edib ki, Sumqayıtda 500 şəxsin koronavirusa yoluxması ilə bağlı məlumat yoxdur:
“Sayı deyə bilmərəm, amma xəstəlik var. Təcili yardım xəstəxanasına müraciət edən xəstələr arasında şübhəlilər olduqda test edilir”.