Sumqayıt sakini 2 doza kovid peyvəndi olunmasına baxmayaraq, vaksin sənədi ləğv olunub.
Medicina.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ramina Eyvazqızı bildirib. O, yaxın qohumunun vaksin sənədi ilə bağlı yaşadığı problemdən yazıb.
“Bibimin oğlu yerli şirkətlərdən birində işləyir. Birinci dozanı şirkətdəki həkim briqadası edib, ikincini Sumqayıt poliklinikasında. Bir ay keçəndən sonra, işdə yoxlayanda portalda ikinci doza görünməyib. Poliklinikaya gedib, həkim deyib ki, ikinci dozanı vuran belə soyadda həkimimimiz yoxdur.
Dəliyə dönmüş bibioğlu təkrar TƏBİB -ə müraciət edib, TƏBİB də onun sertifikatını ləğv edib. Təklif edib, yenidən dozaları qəbul etsin. Havalanmış vəziyyətdə bağırıb ki, "sizin üçün laboratoriya siçanıyam mən?"
Qışqıranı susdururlar, amma bibioğlunun sertifikatı geri dönüb şükür, iki doza da yerində, sertifikat qüvvədədir”.