Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu bu gün ölüb.
"Medicina" "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yaşayış binasında dünən baş verən partlayış zamanı hadisənin qeydə alındığı binada qalan 1952-ci il təvəllüdlü xanım bu gün ölüb.
Onun hadisənin şokundan qohumlarının evində ürəyinin partladığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.