Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.
APA xəbər verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.
Klinikadan faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.
Fakt araşdırılır.