Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıtda ölən 2 bacı nədən zəhərlənib? - RƏSMİ

  • 2022.11.18 18:38
  • 3387 Baxış
Sumqayıtda ölən 2 bacı nədən zəhərlənib?  - RƏSMİ


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumlar noyabrın 16-da Sumqayıt şəhərində iki azyaşlının ölümü ilə bağlı araşdırma aparılıb. Nəticədə ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib.


"Medicina" xəbər verir ki, hazırda digər hallarla bağlı araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


AQTA bir daha vətəndaşları zəhərlənmə ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara inanmağa, kütləvi informasiya vasitələrinin əməkdaşlarını isə əldə etdikləri informasiyaları yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə dəqiqləşdirməyə çağırır.


Bildirilib ki, istənilən halda ekspertiza rəyi olmadan yanlış məlumatların media vasitəsilə yayılması yolverilməzdir.