Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
"Medicina" xəbər verir ki, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli hərbi qulluqçu olub.