Sumqayıtda qazdan zəhərlənən xəstələrin vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən
Medicina.az -a verilən açıqlamada qeyd olunub ki, iyulun 8-i saat 18:20 radələrində 3 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
"Təvəllüdləri 1989-cu il (2 nəfər olmaqla) və 1992-ci il olan pasiyentlərə naməlum qazların toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.