Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıtda evə silahlı basqında yaralananların vəziyyəti açıqlandı

  • 2023.10.30 09:50
  • 1648 Baxış
Sumqayıtda evə silahlı basqında  yaralananların vəziyyəti açıqlandı
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.


Bu barədə Medicina.az -a Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Qeyd edilib ki, onun vəziyyəti stabildir.

“1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”, - məlumatda vurğulanıb.