Sumqayıtda valideyn nəzarətindən kənarda qalaraq batareya udan azyaşlı ölüb.
APA xəbər verir ki, 2022-ci il təvəllüdlü Qədirova Məryəm Qafur qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, azyaşlı bu gün səhər müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.