Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıtda bu tibb müəssisəsi təmir olundu - Açılışdan Fotolar

  • 2019.04.24 18:01
  • 13390 Baxış
Sumqayıtda bu tibb müəssisəsi təmir olundu -  Açılışdan Fotolar
Sumqayıtda daha bir tibb ocağı əsaslı təmirdən sonra istifadəyə verilib.


Medicina.az xəbər verir ki, bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2 nömrəli uşaq poliklinikasında olub, burada yaradılan şərait və görülən işlərlə tanış olub.


Vurğulanıb ki, 1976-cı ildən fəaliyyət göstərən tibb müəssisində hazırda 135 tibb işçisi çalışır. Poliklinika 19 min nəfər əhaliyə xidmət göstərir.


Məlumat verilib ki, tibb müəssisəsinin bütün otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib.


 

Son illərdə şəhərin əksər tibb müəssisələri əsaslı təmir olunub.


1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb.


1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir.


Son illər tibb müəssisələrinin əsaslı təmiri ilə bərabər maddi texniki təzhizatı da yaxşılaşdırılmış, ehtiyac olan tibbi aparatura və avadanlıqlar alınmışdır ki, bu da əhaliyə göstərilən tbbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbrilərin tərkib hissəsi olub.

 

 


 



Sumqayıtda bu tibb müəssisəsi təmir olundu -  Açılışdan Fotolar
Sumqayıtda bu tibb müəssisəsi təmir olundu -  Açılışdan Fotolar
Sumqayıtda bu tibb müəssisəsi təmir olundu -  Açılışdan Fotolar