Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıtda 7 yaşlı uşaq xəstəxanada öldü

  • 2022.06.20 17:58
  • 2231 Baxış
Sumqayıtda 7 yaşlı uşaq xəstəxanada  öldü
Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüm hadisəsi qeyd alınıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xəstəxanada 7 yaşlı Ömər Amallı vəfat edib. Ailəsi uşağın ölümünə səbəb kimi həkim səhlənkarlığını göstərir.


Belə ki, uşaq göyərmə, boğulma simptomları ilə xəstəxanaya gətirilib. Qəbul şöbəsində uşağın saturasiyasını (SPO2) ölçəndə bu göstərici 47% olub. Məlumata görə, qəbul şöbəsindən uşaq infeksiya şöbəsinə aparılıb. İddiaya əsasən, həmin şöbədə Ömər düzgün yönləndirilməyib və yenidən reanimasiya şöbəsinə köçürülüb. Süni nəfəs aparatı qoşulana kimi isə keçinib. Vəfat edən Ö.Amallı evin tək övladıdır.


Məsələ ilə bağlı Sumqayıt Tibbi Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsi ilə əlaqə saxladıq. Mərkəzdən sorğumuza cavab olaraq bildirildi ki, 2015-ci il təvəllüdlü azyaşlının valideynləri 19 iyun 2022-ci il tarixində yaşadıqları ünvana Təcili Tibbi Yardım çağırıb və saat 19:31 radələrində həmin briqada vasitəsilə azyaşlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq xəstəxanasına tənəffüs çatışmazlığı diaqnozu ilə ağır vəziyyətdə gətirilib: “Azyaşlı Uşaq xəstəxanasının Təcili yardım şöbəsinin növbətçi həkimi tərəfindən qəbul edilib, ona kəskin bronxit, bronxospazm ilə III-IV dərəcə diaqnozu qoyulub və vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq İntensiv terapiya bölməsinə yerləşdirilib.

Onda saturasiyanın (SPO2) 47 % olduğu müəyyən edilib, xəstədə ürək və tənəffüs fəaliyyətinin dayanması müşahidə olunub. Ürək-ağciyər reanimasiya tədbirləri həyata keçirilib, ürək və tənəffüs fəaliyyəti bərpa edilib və reanimatoloq tərəfindən traxeyanın intubasiyası icra olunarkən xəstədə təkrar ürək dayanması baş verib. Həyata keçirilən müvafiq tibbi yardımlara baxmayaraq, saat 20:50 radələrində xəstənin bioloji ölüm baş verib”.