Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıtda 4 aylıq körpənin mədəsindən bolt çıxdı

  • 2023.12.27 11:52
  • 1067 Baxış
Sumqayıtda 4 aylıq körpənin mədəsindən  bolt çıxdı
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Medicina.az xəbər verir ki, tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cismin xaric olunması əməliyyatı uğurla başa çatıb.


Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.