Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıt Tibb Mərkəzində yeni təyinat

  • 2024.07.30 09:08
  • 1173 Baxış
Sumqayıt Tibb Mərkəzində  yeni təyinat
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat olub.

Medicina.az xəbər verir ki,Namirə Abbasova Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri təyin olunub.

Qeyd edək ki, N. Abbasova bu təyinatadək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının müdir müavini vəzifəsində çalışıb.