Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sumqayıt təcili yardım xəstəxanasında ölən qızla bağlı - AÇIQLAMA

  • 2022.04.07 17:13
  • 3435 Baxış
Sumqayıt təcili yardım  xəstəxanasında ölən qızla bağlı    -  AÇIQLAMA


Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası 27 yaşlı qadının ölümü ilə bağlı münasibət bildirib.

Xəstəxanadan Lent.az-a bildirilib ki, 27 yaşlı Yusifova Məryəm Qabil qızı 2022-ci il aprelin 4-də saat 23:30-da xəstəxanaya qəbul edilib:

"Qəbul zamanı xəstədə hər iki ağciyərin pnevmaniyası, ağciyərin vərəmi müşahidə olunurdu. Xəstə heç bir əməliyyat edilməyib. Qəbuldan 6 dəqiqə sonra xəstə dünyasını dəyişib. Ölümə ağciyər ödemi və ağciyər arteriyasının trombuemboliyasının səbəb olduğu ehtimal olunur.


Meyit Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertizaya təşrih üçün göndərilib. Ölümün səbəbi Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra məlum olacaq".