Təşəkkür etmək tərbiyədən, şükür etmək imandan xəbər verir. Amma getdikcə hər ikisi unudulur və hamıda alınmır.
“Medicina” xəbər verir ki, psixoloqlar elmi araşdırmada şükürsüzlüyün, minnətdar olmamağın insanın həyatına və sağlamlığına təsirini öyrənib.
Qədim filosoflar şükrün fiziki və mənəvi sağlamlığa səbəb olduğunu deyirdi, müasir psixoloqlar dsa bunu təsdiq edir.
Boston universitetinin alimləri təşəkkürün psixikanı dəyişdiyini sübut edib.
Məsələn, sadəcə, çox sağ ol, təşəkkür edirəm sözü hər iki tərəfin əhvalını qaldırır.
Eksperiment göstərib ki, pozitiv təsir təkcə təşəkkür edənin yox, ünvanlanan şəxsin də sağlamlığında özünü göstərir.
Şükranlıq təzyiqi normallaşdırır, immuniteti möhkəmlədir.
“Bu söz, hiss o qədər müsbət təsir edir ki, stresi azaldır, gündəlik problemləri aşmağa yardım edir.
İnsanı daha özgüvənli, optimist edir.
İnsan nə qədər çox şeyə sahibdirsə, yaxşı yaşayırsa, o qədər şükr etmək onun üçün çətindir.
Ona görə insan yaxşı yaşada stresli, depressiv olur”.
Aygün Musayeva