Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sükan arxasında infarkt keçirib öldü - FOTO

  • 2025.01.30 00:02
  • 1085 Baxış
Sükan arxasında infarkt keçirib öldü -  FOTO

Türkiyədə sürücü maşın sürərkən infarkt keçirib.

Medicina.az türk mediasına istinadla xəbər verir ki, Çınarcık rayonu Həsənbaba küçəsində avtomobillə hərəkət edən 76 yaşlı Duyğu Eroğlunun halı qəfildən pisləşib.

İnfarkt keçirən Əroğlu sükan arxasında huşunu itirib.

Maşın idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.


Qəza zamanı infarkt keçirən sürücü hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan Gülşen Akdoğan yaralanıb.

Yaralı hadisə yerinə gələn təcili yardımla Yalova Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir..

Aygün
Medicina.az