Son zamanlar ürək tutmalarının sayı artdığından vəziyyət daha da ciddiləşir. Həkimlərin məsləhəti hava – su kimi bizə lazımdır. Həmçinin bu məsləhətləri qulaqardına vurmamaq daha yaxşı olardı.
“Medicina” xəbər verir ki, mütəxəssis Sevindik Şirinov sükan arxasında anidən döş qəfəsi arxasında kəskin və yandırıcı ağrılar hiss etdikdə dərhal idarəni dayandırıb, təcili yardım çağırmağı və ya həkimə müraciət etməyi tövsiyyə edib.
“Bu ağrılar zamanı huşunuz özünüzdədirsə, maşını dərhal kənara çəkib saxlayın.
Sonra edəcəyiniz ilkin müdaxilələr sizin sağlamlığınıza müsbət təsir göstərəcək. Həkim qeyd edir ki, belə müdaxilələr tez bir zamanda həyata keçirsəniz daha yaxşı olar. Bu tutmalar zamanı sizin huşunuz ağrıdan 20 -30 saniyə sonra itə bilər.
İlkin olaraq belə anda dərindən nəfəs almaq vacibdir. Daha sonra var gücünüzlə öskürmək mütləqdir.
Eyni qaydada 2 saniyədən bir, bir neçə dəfə təkrarlamaq vacibdir. Bu zaman ürək əzələsinə gedən qanın həcmini artıracaq. Eləcə də ürək əzələsində oksigen aclığını aradan qaldıracaq. Eyni zamanda ürək ritmini bərpa edəcək".
Yuxarıda qeyd olunan ilkin müdaxilə şərtləri vacibdir. Həmçinin sizin sağlamlığınıza müsbət təsir göstərəcək.
Günay Quluzadə