Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Südün gizli faydası – Bağırsaq xərçəngindən qoruyur?

  • 2025.01.15 16:10
  • 282 Baxış
Südün gizli faydası  – Bağırsaq xərçəngindən qoruyur?

Südün diş və sümüklər üçün faydalı olduğu məlum idi. Amma indi 1 stəkan südün bağırsaqlara potensial faydası sübut olunub.


“Medicina” xəbər verir ki, bu nəticəyə elmi araşdırmalarla gəlinib. Araşdırmada yarım milyon qadın iştirak edib.

Alimlər onları qidalanma rasionunu təhlil edib.

Onlar 97 adda ərzağın xərçəngin yaranmasında rolu və təsirini öyrənib.
Sübut olunub ki, kalsiumla zəngin içkilər – qatıq, süd xərçəng riskini 16 il və ya 23% azaldır.

Gündə 300 mq kalsium bağırsaq xərçəngi riskini 17% salır. Bu doza bir böyük stəkan süddə var.


Alimlər kalsiumun xərçəngdən qoruma qabiliyyətini öd turşuları və sərbəst yağ turşularını zərərsizləşdirməkdə görür. Məhz onlar bağırsaqlarda çökərək kanserogen təsir edir.

Aygün Musayeva