Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Südlü yaşıl çayın faydaları - Damarları bərkidir, stressi yox edir

  • 2019.11.04 12:07
  • 6196 Baxış
Südlü yaşıl çayın faydaları -  Damarları bərkidir, stressi yox edir
Südlü yaşıl çay az kalorili içki sayılıb, orqanizmə ziyan vurmadığı üçün pəhriz zamanı da istifadə oluna bilir.

 

 


 

Medicina.az xəbər verir ki, yaşıl çayın sayəsində süddə olan xeyirli maddələr daha yaxşı
mənimsənildiyinə görə bir çox insanlar bu iki içkini qataraq içirlər.
Süd isə öz növbəsində kofeinin orqanizmə olan təsirini zəiflədir. Bundan
əlavə hər birimizin bildiyinə görə süd kalsiyum mənbəyidir. Bu isə o
deməkdir ki, südlü çay içdikdə, sümük, diş və dırnaqlar bərkiyir.
Həmçinin çayın tərkibində olan aşılayıcı maddələr, damarları bərkidir,
antioksidantlar isə hüceyrələrin qocalmasının qarşısını alır və onkoloji
xəstəliklər haqda xəbərdar edir. Bu məhlul mədə bağırsaq traktına da
müsbət təsir edir, stresslə mübarizə aparır və sinir sitemini
tənzimləyir.



 


Südlü çayın dəmlənmə qaydası: - 1.5 lt südü qaynadıb üzərinə 3 x/q yaşıl çay əlavə edin. Üzərini
qapaqla örtün və 20 dəqiqə dəmlənməsinin gözləyin. Sonradan məhlulu
süzüb içmək olar.


- 1 fincan dəmlənmiş yaşıl çaya qaynadılmış süd əlavə edin. Bir
müddət gözləyin ki, məhlullar tam olaraq qarışsın. Sonradan içə
bilərsiniz.


Bu növ məhlulun müxtəlif dəmlənmə üsulları var.

Südlü yaşıl çayın faydaları -  Damarları bərkidir, stressi yox edir