Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bədəni şara döndü/ FOTOSudan sürətlə çıxdı

  • 2017.09.09 10:56
  • 12761 Baxış
- Bədəni şara döndü/ FOTO Sudan sürətlə çıxdı
Dənizin dibindən sürətlə suyun üzünə çıxan Perudan olan dalğıc Alexandro Ramos Martininin bədəni qəribə formaya düşüb.


Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, azot köpükləri dalğıcın əzələlərinin arasına dolub, nəticədə onun əlləri və ayaqları deformasiyaya uğrayıb. 


Alexandronun ən böyük səhvi suyun dibindən tələsik çıxmaq olub. Bunun nəticəsində qana qarışmış azot köpüyə dönüb və öz növbəsində qan damarlarını tutub. Bu isə ölümlə nəticələnən kesson xəstəliyinə gətirib çıxarıb. Bu xəstəliyin əlamətləri əzələlərin şişməsi, beynin zədələnməsi, iflic, baş gicəllənməsi və ürək bulanmasıdır.  


Alexandroda azot köpükləri əzələ ətrafında yığılıb. Onu orqanizmin bərpa edilməsi üçün kesson kamerasına yerləşdiriblər. Hazırda dalğıc dəhşətli ağrılar hiss edir və güclə gəzir. O həmçinin ciddi hipertoniyadan əziyyət çəkir.