Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Suda həll olan birdəfəlik qəhvələr ölümcüldür – Birdəfəlik imtina edin

  • 2023.10.05 15:45
  • 3237 Baxış
Suda həll olan birdəfəlik qəhvələr  ölümcüldür  – Birdəfəlik imtina edin

Tərkibinə nəzər yetirdikdə qəhvə dənələri orqanizm üçün çox faydalıdır. Əsl koedə orqanik turşular, B qrup vitaminləri, maqniy, kofein var.

“Medicina” xəbər verir ki, qastroenteroloq Artur Bernaçskiy hansı qəhvələrdən imtina etməyin vacibliyindən danışıb.


“Qəhvə dənələri içdiyimiz içki olmazdan öncə qızardılır, xüsusi termiki işlənmədən keçir. Nəticədə dənəcikdən efir yağları ayrılır. Məhz bu efir yağları güclü antioksindatdır və qəhvəni faydalı edir.


Antioksidantlar orqanizmdə stresi azaldır, metobolizmi yaxşılaşdırır, sərbəst radikalları zərərsizləşdirir, qaraciyəri bərpa edir.


Amma son zamanlar qəhvə adı ilə satılan, toz kimi tez həll olan paket qəhvələr təhlükəli və faydasızdır. Nə qədər rahat və asan hazırlansa da, ucuz olsa da, bu qəhvədə teobromin adlı maddə var. O kofeinə zidd maddədir. Belə qəhvələrdə əsas maddə kofein demək olar, yox dərəcəsindədir.

Gənclər hansı ki, bu qəhvəni içib tonus almaq, enerjilənmək istəyir, əksinə yuxululuq əldə edirlər. Belə ki, araşdırmalar göstərib ki, həll olan qəhvəni içib gecə yola çıxan sürücülər, əksinə sükan arxasında yatıb. Ona görə bu qəhvəni yanacaqdoldurma stansiyalarında satmaq qadağan olundu.


Bu qəhvələr kofeinsiz qəhvədir, quru tozdan başqa bir şey deyil. Əgər insan hər gün bu qəhvələrdən içirsə, orqanizmini təhlükə altında qoyur”.

Aygün Musayeva