Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Suda boğulma zamanı ilk tibbi yardım – Xilas yolları / VİDEO

  • 2017.08.04 15:43
  • 62936 Baxış
Suda boğulma zamanı ilk tibbi yardım –  Xilas yolları / VİDEO
 İlk olaraq boğulan şəxsin nəfəs yollarından suyu xaric  etmək lazımdır.

 

Boğulan şəxsi şaquli istiqamətdə - başıaşağı tutmaq və boğazına, qarnına dolan suyu boşaltmaq lazımdır. Bu zaman onun kürəyinə yüngülcə vurmaq, döş qəfəsini öndən və arxadan sıxmaq lazımdır ki, ağ ciyərlərdən su daha tez xaric olsun. Əgər xəstə hələ də özünə gəlməyibsə, bu zaman ürək masajı və paralel olaraq, süni tənəffüs verilməlidir. Təcili tibbi yardım gələnə qədər ilkin yardımın göstərilməsi çox vacibdir və xəstənin həyatı birbaşa bundan asılıdır. 

 

 


Həmin şəxsin suda nə qədər qalması da onun həyatda qalması üçün önəmlidir. Əgər insan suda çox qalıbsa, havanın temperaturundan asılı olaraq, ölüm halı baş verə bilər. İsti havada 6 dəqiqə ərzində oksigensiz qalmaq beyin ölümünün gerçəkləşməsinə gətirib, çıxarır. Ona görə də, ilkin yardım vaxtında və düzgün edilməlidir. 


Suda boğulma zamanı ilk tibbi yardım –  Xilas yolları / VİDEO