Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Suda boğulana ilk tibbi yardım - Təcili tibbi yardım həkimi

  • 2023.08.04 14:31
  • 1868 Baxış
Suda boğulana ilk tibbi yardım   - Təcili tibbi yardım həkimi

Dənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar.


"Medicina" xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının həkim-terapevti Qasım Abdullayev ilk yardımdan danışıb.


"Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və digər hallar səbəb ola bilər.



"Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur.


Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.

"Göstərilən reanimasyon tədbirlər yaxşı nəticə verdikdən sonra xəstə evə buraxılır. Bəzən evdə olan zaman xəstədə ikincili boğulma deyilən hadisə baş verir. Xəstənin vəziyyəti pisləşir. Ağzından, burun dəliklərindən ifraz və ağciyər ödemi başlayır. Belə hallarda xəstə mütləq yenidən hospitalizasiya olunmalıdır".

Aygün Musayeva