Yemək yeyərkən insan orqanizmində şəkərlər, yağ və digər qidalı maddələrin parçalanması nəticəsində fermentləşməmiş tullantı maddələri əmələ gəlir.
Medicina.az xəbər verir ki, orqanzim üçün vacib olan şərt yüksək yağlılığa və şəkər tərkibinə qida maddələrinin fermentləşməmiş parçalanma məhsullarının səviyyəsinin hansı dərəcədə olmasıdır. Həmçinin sözü gedən maddələrin səviyyəsini ərzaqların bişirilmə forması da artırır.
Fermentləşməmiş tullantı maddələrinin orqanzimdə olan antioksidantlar və sərbəst radikallar arasında 2-cinin xeyrinə olaraq disbalans yaratdığı məlumdur. Bunun təticəsində də, orqaznizmdə xroniki iltihabi proseslər baş qaldırır. Bu maddələr tədricən orqanlarda yığılaraq diabet, Alzqeymer, artrit və xərçəng kimi bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Cənubi Karolina universitetinin alimləri fermentləşməmiş tullantı maddələrinin qadınlarda süd vəzi xərçənginə nə cür təsir etdiyiniz araşdırıblar.
Məlum olub ki, bu maddələrin səviyyəsinin artması müəyyən yolların aktivləşməsinə və nəticədə də xərçəng hüceyrələrinin sürətlə çoxalmasına səbəb olur. Mütəxəsislər müəyyən ediblər ki, fermentləşməmiş tullantı maddələrinin artması zülalın fosforlaşmasını da artırır.
Müşahidə edilib ki, süd vəzi xərçəngi zamanı tətbiq edilən tamoksifen preparatının təsiri ilə xərçəng hüceyrələrinin inkişafı zəifləyir. Lakin orqanizmə yaranan fermentləşməmiş tullantı maddələri onların inkişafını yenidən sürtələndirib.
Bu isə onu deməyə əsas verir ki, orqanizmlərində fermentləşməmiş tullantı maddələri olan qadınların sağalma şansları daha azdır. Buna görə də, terapiya zamanı xəstələr qidalanmalarına xüsusi diqqət yetirməlidirlər, dərman müalicəsi ilə yanaşı müvafiq pəhriz saxlamalıdırlar.
Arzu
Medicina.az