Mastopatiya - süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər olan kiçik düyünlər yaranır.
Medicina.az sağlamolun.az-a istinadən xəbər verir ki, bu düyünlər vaxtaşırı olaraq yaranır, inkişaf edir, kiçilir və yox olurlar. Bir çox hallarda həkim tərəfindən onlara "mastopatiya” diaqnozu qoyulduğunu eşidən qadınlar bu xəstəliyə elə də xüsusi diqqət yetirmirlər. Əksər qadınlar arasında bu xəstəliyə çox təsadüf edildiyindən, onu "adi” xəstəlik hesab edirlər.
Bu zaman narahat olmağa dəyərmi?
Mastopatiya fonunda süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Mastopatiya əsasən dölyaratma yaşında (25-45 yaş) inkişaf edir. Çox gənc qız uşaqlarında olan mastopatiya isə əksər hallarda, onların orqanizmində hormonal fonun yaşa uyğun olaraq yenidən qurulması ilə əlaqədar yaranmış olur.
Mastopatiyanın ilk əsas səbəbi qadın orqanizmində hormonal tarazlığın pozulmasıdır. Məlum olduğu kimi, aybaşı tsikli (dövrü) hormonlarla tənzimlənir. Süd vəzisi hormon asılılıqlı üzvlərə aiddir. Onun toxuması aybaşı tsiklinin (dövrünün) mərhələlərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Bundan başqa, süd vəzisinin toxumasına böyrəküstü vəzilər, qaxanvari vəzi, mədəaltı vəzi və hipofiz vəzi hormonları da müəyyən təsir göstərirlər. Buna görə də sadalanan orqanların hər hansı birinin xəstəliyi süd vəzilərində də müəyyən dəyişikliklərin əmələ gəlməsinə səbəb ola bilər.
Mastopatiyanın əmələ gəlməsi üçün "şərait yaradan” faktorlardan biri qadın orqanizminin hormonal sisteminə kobub şəkildə müdaxilə olan abortlar (uşaqsalmalar) hesab edilir. İkinci belə faktor isə qadın cinsi üzvlərinin xəstəlikləridir. Süd vəziləri digər dölyaradıcı üzvlərlə (uşaqlıq, yumurtalıqlar) vahid sistemə daxildirlər. Buna görə də həmin bu sistemdə baş verən hər hansı nasazlıq və pozğunluqlar süd vəzilərinə də öz mənfi təsirlərini göstərirlər.
Mastopatiyanın əmələ gəlməsinə səbəb olan üçüncü əsas faktor isə sinir sistemində baş verən müxtəlif nevroloji pozğunluqlardır (streslər, daimi sinir gərginlikləri, depressiyalar).
Piylənmə, spirtli içkilərin qəbul edilməsi, siqaret çəkilməsi, gecikmiş hamiləlik, şəkərli diabet, süd vəzilərinin müxtəlif travmatik təsirlərə (çox sıx alt paltarların geyilməsi nəticəsində əmələ gələn mikrotravmalar, zərbə, yıxılma, sıxılma və s.) məruz qalması və digər bu kimi faktorlar da mastopatiyanın əmələ gəlməsinə "kömək edən” səbəblərdir.
Süd vəzilərinə zərərli təsir edən faktorlardan biri də həddən artıq dərəcədə qəbul edilən təbii və ya süni günəş vannaları (xüsusən də çimərlik paltarı geyinmədən) hesab edilir.
Mastopatiya zamanı süd vəzilərində kifayət qədər yumşaq olan törəmələr və ya müxtəlif ölçülü düyünlər əmələ gəlir. Aybaşı başlamazdan qabaq onlar ağrılı olaraq qoltuqaltı sahəyə də yayıla bilərlər. Nəzarətsiz buraxılmış formalarda bu ağrılar daimi xarakter alaraq, hətta süd vəzilərinə yüngülcə toxunuş zamanı da arta bilərlər. Mastopatiya zamanı süd vəziləri gilələrindən ağ, sarı, yaşıl rəngə çalan və bəzən də müəyyən iyi olan maye də ifraz oluna bilər.
Mastopatiyanın diffuz və düyünlü formaları olur. Mastopatiyanın düyünlü forması, adətən, 35 yaşdan yuxarı olan qadınlarda təsadüf edilir və süd vəzisinin xərçənginə də keçə bilir. Mastopatiya diaqnozu qoyulmuş qadınlar onkoloji cəhətdən yüksək risk qrupuna aid edilərək mütəmadi olaraq onkoloq-mammoloq tərəfindən müayinə olunmalıdırlar. Lazım olduğu hallarda onlara USM və mammoqrafiya təyin edilir.
Orta hesabla qadınların 50%-i süd vəzilərində olan bərkimə sahələrini özləri aşkar edirlər. Bu isə onlara vaxtında düzgün diaqnoz qoyulması ehtimalını artırır və hətta süd vəzi xərçəngi kimi çox təhlükəli hesab edilən bir xəstəliyin də müvəffəqiyyətlə müalicə olunmasına imkan verir. Məhz buna görə, mütəmadi olaraq, fərdi qaydada qadınların öz süd vəzilərini müayinə etmələri çox vacib hesab edilir.
Bəs mastopatiya xəstəliyi necə müalicə oluna bilər?
İlkin dövrlərində bu xəstəlik asanlıqla və tez bir zamanda müalicə olunur. Məhz buna görə də xəstəliyin ilkin əlamətləri aşkar edilən kimi, təxirə salınmadan həkim-mammoloqa müraciət etmək lazımdır. Süd vəziləri praktiki olaraq heç bir halda öz xəstəliklərinin səbəbkarı olmurlar. Mastopatiyaların əsas səbəbləri əksər hallarda hormonal pozğunluqlar, müxtəlif ginekoloji, nevroloji və digər xəstəliklər olur. Beləliklə, mastopatiyanın müalicəsində əsas məsələ - qadın orqanizmində məhz hansı pozğunluğun onun inkişaf etməsinin səbəbkarı olduğunu müəyyən etməkdən ibarətdir. Bu səbəb müəyyən edildikdən və aradan götürüldükdən sonra süd vəzilərinin vəziyyəti də yaxşılaşmış olur. Cərrahi əməliyyatın aparılması isə yalnız aşkar edilməsi gecikdirilmiş olan, düyünlü mastopatiyalar zamanı tələb olunur.
Hal-hazırda süd vəziləri xəstəliklərinin profilaktikası üçün tərkibində A, E, C vitaminləri, selen və yod mikroelementləri olan bir sıra dərman preparatları və komplekslər hazırlanmışdır. Bundan başqa, süd vəziləri xəstəliklərinin profilaktikası üçün dəniz məhsulları, kələm, kök, tərkibində xeyli miqdarda sellüloz olan meyvələr və digər qidalar mütəmadi olaraq qəbul edilən qida məhsulları sırasına daxil edilməlidir.
Salam doktor
Mende 17 mmduyun var mualicelikdi yoxsa emeliyyat olmalidi
Qorxuldurmu bu xestelik?
Esnus
Xudat
Salam mamanın döşündə düyün əmələ gəlmişdi agrı verirdi köküdə qol altina qeder uzanirdi sonra 1 2 günə yavaş yavaş keçdi həkimə getməyə qorxur siz bu nədəndir
Alxasova
Qızımın süd vezinde bərk düyün var əl vuranda əlimin altinda oynuyur. Qeyd edim qızımın 16 uaşı var. Sebeb nə ola biler?
Mende 1 ildi usagi sudden ayirmisam.amma sudum kesilmirdi.dostneks icdim xeyli dayanirdi yenede gelirdi.indi qol altinda duyun emele gelib.mualice aldim.amma qol altim agriyir
Salam məndə bir ildi qolumun altında duyun yaranıb indi həmin formada sag döşümdə də var çox qorxduğum üçün həkimə müraciət etməmişəm nə edim bilmirəm belə düyünlərin olması sizcə təhlükəlidir
Salam
Salam menim dosumde sineye yaxin noxud boyda yumwaq nese elime deyir
Menim sud vezimde de evvel gilesine yaxin qoz boyukluyunde variydi sonra oz ozune eridi getdi.Daha sonra lazer epilyasiyaya gedennen noxud boyukluyunde iki uc dene duyun emele gelib.Evdekilere de qorxumnan deye bilmirem cunki demisdilerki lazere getme
Məndə sinə sümüyünə yaxın yerdə düyün kimi bir şey hiss edirəm ayı başının vaxtına az qalmış ağrıyır
Mende döşümde düyün əmələ gelib 3 il olar amma incitmir onu tebi yola necə eridə bilerem? Xahiş edirəm cavablandırın