Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzində kistalar təhlükəlidirmi? - Mammoloqdan AÇIQLAMA

  • 2021.10.26 14:51
  • 2092 Baxış
Süd vəzində kistalar təhlükəlidirmi? -  Mammoloqdan AÇIQLAMA
Süd vəzi kistaları içi maye dolu torbacıqlardır.Kistalar süd axarlarının genişlənərək torbalanması nəticəsində yaranır.35 yaşdan sonra daha çox rast gəlinsə də cavan qadınlarda da görülür. Süd verən qadınlarda qalaktosele deyilən içi südlə dolu kistlərə rast gəlirik.

Medicina.az xəbər verir ki, mammoloq həkim Rəna Niftəliyeva oktaybr ayının süd vəzi şişləri ilə mübarizə ayı olduğundan qadınları çox narahat edən kistlərin də əmələ gəlməsinə aydınlıq gətirib.

Süd vəzi kistləri sadə və kompleks kistalar olurlar.

Sadə kistalar daha çox rast gəlinir,onlar hamar divarlı,müxtəlif ölçülü maye kisələrdir.Kiçik,sadə kistalar ağrı vermirsə onlara önəm verilmir,izləməyə gərək yoxdur.

Kompleks kistalar, bir neçə kistadan ibarət,içərisi qatı maye görünüşlü olur.Onların solid dediyimiz komponentləri olur və bu komponent nə qədər çox,böyük olarsa bir o qədər diqqət lazımdır.Burda xərçəng riski olduğu üçün bəzən biopsiya ehtiyac yaranır.

Bəzən hormonal pozuntular səbəbindən kistalar böyüyür, böyük ölçüyə çatırlar və batıcı daimi sızıldayıcı ağrı verirlər.Bu zaman kistaların içərisini sadə yolla boşaldılması, hormon düzeyini normallaşdırmaq üçün konservativ müalicə məsləhətdir.

Aybaşı dönəmi ilə əlaqədar bəzi kistalar böyüyüb kiçilə bilir.Böyük ölçülü,ağrılı kistaların içərisini boşaldılır.Kistadan çıxan maye qanlı olarsa,2- 3ay ərzində içərisi yenidən dolarsa patohistoloji müayinəyə göndərilir.Müalicə müayinə nəticələrinə əsasən təyin olunur.


Ətraflı məlumat üçün:
- (012)430 89 89
-(050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI