Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzilərini icbari tibbi sığorta ilə yoxlatmaq mümkündürmü?

  • 2023.10.31 14:51
  • 1265 Baxış
Süd vəzilərini icbari tibbi sığorta ilə yoxlatmaq mümkündürmü?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən süd vəzi xəstəliklərinin erkən mərhələdə aşkarlanması məqsədi ilə bir sıra instrumental və laborator müayinələr Xidmətlər Zərfində təminatına alınıb və qadınlar bu müayinələrdən keçə bilər.

"Medicina" xəbər verir ki, sığorta ilə ultrasəs müayinə (USM);
mammoqrafiya;
kompüter tomoqrafiyası (KT);
maqnit rezonans tomoqrafiyası (MRT) həkim təyinatı və göndərişi ilə tətbiq olunur.

Həmçinin süd vəzisinin biopsiyası, götürülən nümunənin histoloji müayinəsi, qanda onkomarkerlərin təyini icbari tibbi sığorta tərəfindən qarşılanır.

Mümkün patologiyaların vaxtında aşkarlanması üçün 35 yaşdan sonra qadınlar ən azı ildə bir dəfə süd vəzisinin ultrasəs müayinəsindən keçməlidir.

Süd vəzisinin USM və mamoqrafiyası üçün göstərişlərin bəziləri aşağıdakılardır:
Süd vəzisində əllə his edilən kütlə, bərklik;
Hamiləlik və laktasiya (süd vermə) olmadığında süd vəzisi giləsindən olan ifrazatlar;
Qoltuqaltı limfa düyünlərinin böyüməsi, həssaslıq və s.

Konsultasiya üçün ailə həkiminə və ya birbaşa ixtisaslı həkimə (mammoloq) müraciət etmək olar.

Süd vəzisinin KT və MRT müayinələri daha çox USM və mammoqrafiya müayinələri nəticəsində kifayət qədər məlumat əldə olunmadıqda əlavə müayinə məqsədilə aparılır. Bu müayinələr şişin mövcudluğunu, şişin xarakterini, ətraf toxumalara sirayət etməsini tez və dəqiq müəyyən etməyə, həmçinin süd vəzidə aşkar edilməyən dəyişiklikləri erkən mərhələdə müşahidə etməyə imkan verir.

İcbari tibbi sığorta ilə təminata alınmış tibbi xidmətlər və digər məsələlərlə bağlı vətəndaşlarm suallarını Agentliyin “1542” Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Bütün yerli mobil operatorlardan daxil olan zənglər ödənişsizdir. Həmçinin Agentliyin rəsmi internet səhifəsinin aşağı sağ küncündə (its.gov.az) zəng sifarişi funksiyasından istifadə etdikdə Çağrı mərkəzinin əməkdaşı vətəndaşa geri dönüş edir.