26 yaşlı qız sinəsinə implant qoydurandan sonra bütün həyatı məhv olub.
Medicina.az xəbər verir ki, avstraliyalı model 6 il əvvəl süd vəzi böyütmə əməliyyatından sonra onda döş qəfəsində ağrı, oynaqlarında ağrı və tənəffüsündə çətinlik yaranıb. Bu azmış kimi onun yaddaşı pozulub.
Qadın pilləkənləri süd vəzilərinin ağır olması səbəbindən çətinliklə qalxıb enir.
“Onların forması estetik baxımdan çox yaxşıdır. Amma buna görə sağlamlığı darmadağın etməyə dəyməz və buna peşmanam” –deyə Yunq bildirir.
Süd vəzisini 0 ölçüdən 3 ölçüyə çatdıran qadın hafizəsinin bir qismini itirib, keçmişindən çox məqamları xatırlaya bilmir.
.