Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzilərində fibroadenoma kəsilib götürülməlidirmi?

  • 2023.04.27 16:16
  • 1622 Baxış
Süd vəzilərində fibroadenoma kəsilib götürülməlidirmi?
Fibroadenoma süd vəzilərində xoşxasəli şişdir və gənc qadınlarda da rast gəlinir. Lakin həkimləri narahat edən bu şişlərin sonradan özünü bədxassəyə çevirməsidir.

"Medicina" xəbər verir ki, onkoloq Vladimir Vorotnikov fibroadenomanın hansı hallarda çıxarııb götürülməsinin vacibliyini açıqlayıb.


“Şiş böyüyərsə, ailədə yumurtalıq və ya süd vəzi xərçəngi olan varsa, fibroadenoma hətta 25 yaşdan aşağı gənc qızlardan da çıxarılmalıdır .Əməliyyat 35 yaşdan yuxarı xəstələrdə belə riski azaltmağa kömək edə bilər.

Fibroadenoma aradan qaldırıldıqdan sonra qadınlarda onkoloji gen mutasiyalarının olub-olmaması izlənməli və adenomanın özünün biopsiyası aparılmalıdır".

Ağrıya səbəb olmayan və xəstəni narahat etməyən fibroadenoma ciddi siqnal ola bilər. Amma məsələ bundadır ki, xərçəng ağrı vermir.

Aygün Musayeva