Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzi xərçənginin qarşısını alacaq qidalar açıqlandı – SİYAHI

  • 2019.02.06 17:20
  • 19834 Baxış
Süd vəzi xərçənginin qarşısını alacaq qidalar açıqlandı –  SİYAHI
Hazırda dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında yayılmasına görə öndə duran süd vəzi xərçənginə qarşı güclü təsir edici ərzaqların siyahısı hazırlanıb.


Medicina.az bu siyahını təqdim edir:


1.İspanaq – tədqiqatlar göstərir ki, qida rasionunda ispanaq çox olan qadınlarda süd vəzi problemi riski 40% az olur.

İspanaqda olan karotin orqanizmdən sərbəst radikalları, stabil olmayan molekulları uzaqlaşdırır.


2. Brokkoli – kələm növüdür. Tərkibindəki güclü maddələrə görə ümumilikdə xərçəng əleyhinə tərəvəzdir. Siçanlar üzərində aparılmış təcrübə göstərib ki, xüsusilə sulforafan adlı maddə şiş hüceyrələrini azaldır.


3. Göbələklər – qidasında çox miqdar göbələk olan qadınlarda menopauza dövrünə kimi süd vəzi şişi riski azalır. Göbələkdə olan L – erqotionein onkoloji hüceyrələrə qarşı əks təsirə malikdir. 


4. Sarıkök - ədviyyatın tərkibində olan kurkumin 2007-ci ildə aparılmış tədqiqatlara görə, süd vəzində olan zədəli hüceyrələrin bədənə yayılmasının qarşısını alır. Bunu laborator tədqiqatlar da sübut edib.


5. Nar – Amerikalı alimlər təsdiq edib ki, nar dənələrində olan ellaqol turşusu süd vəzi xərçənginə səbəb olan fermenti azaldır.


Odur ki, genetikasında süd vəzi şişi olan, bu xəstəlikdən qorxanlar qidasında bu ərzaqların sayını çoxaltsın.