Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzi xərçənginin ilk 5 əlaməti açıqlandı

  • 2024.02.16 15:25
  • 1367 Baxış
Süd vəzi xərçənginin ilk 5 əlaməti  açıqlandı

Süd vəzi dərisi və giləsində baş verən xarici dəyişikliklər ciddi xəbərdarlıq ola bilər.


“Medicina” xəbər verir ki, onkoloq Xamis Maqomedov süd vəzi xərçənginin ilkin əlamətlərini açıqlayıb:


“Süd vəzidə olan ən kiçik, ən mənasız görünən istənilən dəyişikliklərə etinasız yanaşmayın.


Vəzinin özünün və içində bir yerdə bərkimə əllə hiss olunur. Süd vəzinin birinin forması və ölçüsünün az da olsa dəyişməsi də siqnal ola bilər.
Gilədən istənilən axıntı ciddidir.

Gilə ətrafında səpki, qızaqma, qaşınma, yara- bir şərtlə ki, süd verməklə bağlı olmasın, gilənin içəri girməsi, üzərinin sellülit kimi çopurlaşması da şişlərdə rast gəlinir.

Eləcə də qadınlar yorğunluq, ağrı, tükənmə, çəki itkisi hiss edə bilər.
Bu simptomlardan hər hansı birini hiss edərsizsə, mütləq mammoloqa gedin.


Qadınlar riski azaltmaq üçün çəkiyə nəzarət etsin, fiziki aktiv olsun, sağlam qidalansın”.


Aygün Musayeva