Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzi xərçənginin bilinməyən gizli əlamətləri

  • 2018.03.29 10:45
  • 22556 Baxış
Süd vəzi xərçənginin bilinməyən gizli əlamətləri
Qadınlarda ən çox müşahidə edilən xərçəng növü süd vəzi xəstəliyidir. İlk əlaməti adətən əksər insan tərəfindən şiş olaraq bilinir.


Ancaq erkən diaqnoz üçün süd vəzində baş verən dəyişikliklər diqqətə alınmalıdır.


Süd vəzi xərçənginin sağalması üçün erkən diaqnoz vacibdir.


Süd vəzi xərçənginin əlamətləri hansılardır?


Büzülmə – Burada əsas sinənin ətrafına diqqət edilməlidir. Hansısa büzülmələr baş verə bilər. Bu əlamət süd vəzinin içərisində hansısa törəmənin ola biləcəyindən xəbər verə bilər.


Çuxura bənzər qabarcıqlar – Dəridə portağal qabığı kimi çuxurlar yarana bilər.


Qalınlaşma – süd vəzi ətrafında qalınlaşma ola bilər. Daxildə bəzi damarların tutulması da qalınlaşma yarada bilər.


Səpkilər – Süd vəzi ətrafında ekzemaya bənzər səpkilər də yarana bilər. Bununla yanaşı qızarıqlıq da müşahidə edilə bilər.


Axıntı – Süd vəzi ucundan müxtəlif axıntılar gələ bilər.


Şişlik – Qoltuq altının şiş olması bu əlamətlər sırasına daxildir.(hekimtap.az)