Amerika universiteti alimləri Albizia Lebbeck adlı ağacın budaqlarının süd vəzi xərçənginə qarşı effektiv mübarizə apardığın müəyyən edib.
“Medicina” xəbər verir ki, alimlər Albisiya ağacının şiş hüceyrələrinin miqrasiyasına maneə yaratdığını müşahidə ediblər.
Bu ağac daha çox Türkiyə, İran, Çin, Hindistan və Pakistanda bitir.
O, daha çox digər bitkilərə təbii kölgəlik vermək üçün bağ və plantasiyalarda əkilir.
Alimlər xüsusi texnoloji vasitələrlə onun budaqlarında şişlərin metastazına mane olan xüsusi orqanik birləşmələr kəşf ediblər.
Xərçəng əleyhinə təsiri ağacın böyüməsinə təsir edən fenollar nümayiş etdirib.
Elmi tədqiqat nəticəsində laboratoriya şəraitində etanol ekstraktı alınıb ki, o, metastaz verən şiş hüceyrələrini yeyib, sağlam hüceyrələrə isə toxunmayıb.
Müəlliflərin fikrincə, bu kəşf metastaz verən şiç növləri, xüsusən süd vəzi xərçəngində effektiv mübarizə üçün yeni imkanlar aça bilər.
Aygün Musayeva