Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzi xərçənginə qarşı pəhriz – Qadınların diqqətinə

  • 2023.07.04 18:09
  • 1793 Baxış
Süd vəzi xərçənginə qarşı pəhriz  – Qadınların diqqətinə
Bildiyimiz kimi pəhrizlər müxtəlif xəstəliklərin qarşısını almağa kömək edə bilər.


Bitki əsaslı pəhriz - təzə tərəvəzlər, meyvələr, qoz-fındıq, toxumlar, paxlalılar, tam taxıllar döş xərçəngi riskini 14% azaltmaqla əlaqələndirilir.

Eyni zamanda, cips, qazlı içkilər, ağ düyü, şəkərli desertlər və digər sürətli karbohidratlar kimi qidalar da daxil olmaqla sağlam olmayan bitki əsaslı pəhriz, əksinə, döş xərçəngi riskini 20% artırır.

“Medicina” xəbər verir ki, bu nəticə Paris-Saclay Universitetinin (Fransa) tədqiqatçıları tərəfindən orta yaş həddi 53 olan 65,5 mindən çox fransız qadını haqqında məlumatların təhlilindən sonra əldə edilib.


1993-cü ildən 2014-cü ilə qədər qadınlar müntəzəm olaraq pəhrizləri haqqında məlumat verirdilər. 21 il ərzində təxminən 4 min iştirakçı döş xərçənginin bu və ya digər növü ilə xəstələndi.

Tədqiqatlar postmenopozal dövrdə qadınların daha az ət və süd məhsulları yeməsinin məntiqli olduğunu göstərir.

Onlar həmçinin sağlam olmayan bitki qidalarından, fast food və sürətli karbohidratlardan tamamilə imtina etməli, sağlam bitki əsaslı pəhrizə keçməlidirlər.

Aynurə Məmmədova